Xəzər Xəbər

Koronavirus beyni zədələyir

Cəmiyyət | 14:54 • 19 Sentyabr 2020
Koronavirus beyni zədələyir

Koronavirus insanın beynini bütün digər viruslardan daha ciddi şəkildə zədələyə bilər. Yəni koronavirus nəinki ağciyərləri və tənəffüs yollarını, həm də insan orqanizminin digər orqanlarını da zədələyir. O, ürəyə, qan damarlarına, əsəb toxumalarına, dəriyə xətər vura bilir.


Macarıstan, AFR və Böyük Britaniyadan olan bir qrup alim bu qənaətə gəlib. Onlar COVID-19-un bu xəstəliyə yoluxan və hətta koronavirusdan sağalan insanın beyninə təsirini birgə öyrəniblər. Məlum olub ki, hətta xəstəliyin yüngül simptomlarının aşkarlandığı pasiyentlərin də beyni ciddi zədələnə bilər.


Alimlər, həmçinin koronavirusun əmələ gətirdiyi xəstəliklərin də tədqiqatını aparıblar. Nəticədə onlar koronavirusun bəzi pasiyentlərdə sağlamlıqla bağlı uzunmüddətli problemlər əmələ gətirdiyini təsdiqləyiblər. Xəstələrin çoxu sağaldıqdan sonra da uzun müddət özlərində təngnəfəslik və yorğunluq hiss edirlər. Sağalanların bəzisi isə əl-ayaqda keyləşmə, zəiflik, yaddaş problemindən əziyyət çəkirlər.


Məsələn, sınaqlarda iştirak edən, daha əvvəl psixi xəstəliklərdən əziyyət çəkməyən bir qadın xəstəxanadan evə buraxılan gün özünü qəribə aparmağa başlayıb, onda psixi pozğunluğun bütün əlamətləri yaranıb.


COVID-19-a yoluxmuş 40 pasiyentə onlarda daha əvvəl rast gəlinməyən kəskin dağınıq ensefalomielit diaqnozu qoyulub.


Alimlər xəbərdarlıq edirlər ki, sağalanların bəzisində virus orqanizmdə yalnız sonrakı illərdə gözə çarpacaq beyin zədələnməsi kimi fəsadlar törədəcək. Bununla yanaşı, alimlər xatırladırlar ki, "ispan qripi”ndən sağalan təqribən 1 milyon insanda sonradan beyin zədəsi kimi ağırlaşmalar aşkarlanıb. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024