Xəzər Xəbər

Xəstəxanada doğulan uşaqların qeydiyyatı elektronlaşdırıldı

Cəmiyyət | 13:54 • 14 Avqust 2020
Xəstəxanada doğulan uşaqların qeydiyyatı elektronlaşdırıldı

"Əvvəllər doğumun dövlət qeydiyyatı vətəndaş qeydiyyat şöbəsinə, icra nümayəndəliyinə müraciət etdikdə dövlət qeydiyyatına alınırdı və faktiki olaraq qeydiyyatdan kənarda qalan uşaqların tərəfimizdən müəyyən edilməsi və buna qarşı hər hansı tədbir görülməsi imkanımız xaricində idi”.


XəzərXəbər xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.


Onun sözlərinə görə, hazırda problem aradan qalxıb: "Biz indi tam fərqli mənzərənin şahidi oluruq, çünki hazırda doğumun qeydiyyatı, demək olar ki, avtomatlaşdırılmış qaydada aparılır. Belə ki, doğum faktı baş verdikdə dərhal bu barədə məlumat Səhiyyə Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada Əhalinin Dövlət Reyestrinə göndərilir və məlumat reyestrə daxil olduqda uşağa avtomatlaşdırılmış rejimdə təkrar olunmayan (unikal) və həyatının sonunadək dəyişməyən fərdi identifikasiya nömrəsi (FİN) verilir. Bu da, öz növbəsində, bizə uşaqları birmənalı eyniləşdirməyə, doğumu qanunvericiliklə müəyyən olunmuş müddətdə qeydə alınmayanları vaxtında aşkar etməyə, doğumun dövlət qeydiyyatının məcburiliyi barədə bildiriş göndərməklə valideynləri qeydiyyat orqanına dəvət etməyə, üzrlü səbəb olmadan qeydiyyatdan yayınanları isə inzibati məsuliyyətə cəlb etməyə imkan verir”.


Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024