Xəzər Xəbər

Nəbatat Bağının kolleksiyasında viruslara qarşı dərman bitkiləri var

Cəmiyyət | 09:54 • 30 İyul 2020
Nəbatat Bağının kolleksiyasında viruslara qarşı dərman bitkiləri var

AMEA-nın Mərkəzi Nəbatat Bağının dərman bitkiləri kolleksiyasında viruslara qarşı mübarizədə geniş istifadə olunan dərman bitkiləri yer alıb.


Akademiyadan xezerxeber.az-a verilən məlumata görə, bu bitkilərə Malva sylvestris L. (Meşə əməköməcisi), Matricaria chamomillae L. (Adi mollabaşı), Urtica dioica L. (İkievli gicitkən), Asparagus officinalis L. (Dərman qulançarı), Tussilago farfara L. (Adi dəvədabanı), Mentha piperitae L. (Nanə), Achillea millefolium L. (Adi boymadərən), Origanum vulgare L. (Adi qaraot), qaraqınıq, Carum carvi L.(Adi zirə), Melissa officinalis L. (Dərman bədrənci), Allium sativum L. (Sarımsaq), Althaea officinalis L. (dərman bəlğəmotu), Arcticum lappa L. (iri atpıtrağı), Sambucus nigra L. (qara gəndəlaş), Cyclamen elegans Boiss. (zərif meşənovruzu), Inula helenium L. (uca andız), Hypericum perforatum L. (zəif dazıotu), Phytolacca americana L. (amerika çiçəbaharı), Plantago major L. (böyük bağayarpağı), Valeriana officinalis L. (dərman pişikotu) və s. misal göstərmək olar.


Bir çox xəstəliklərin profilaktika və müalicəsində geniş istifadə olunan bu bitkilər antibakterial, iltihabi proseslərə qarşı təsirə malik olub, xüsusilə ağciyər xəstəliklərində viruslara qarşı əhəmiyyətlidir. Bitkilərin tərkibindəki farmakoloji aktiv maddələr (karotinoidlər, flavonoidlər, aldehidlər, alkaloidlər, şəkərlər, polisaxaridlər, taninlər və s.) insan və heyvan orqanizminə farmakoloji və toksiki təsir göstərir.


Tədqiq olunan bitkilərin tərkibində A, B, C, D, K C, PP vitaminləri, zülallar, kalsium, flor, fol turşusu, sink, dəmir, mis və selen elementlərinin birləşmələri də mövcuddur. Bu maddələr immun sistemini gücləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024