Xəzər Xəbər

“Sosial Bağlar” layihəsi çərçivəsində daha 250 ailə üçün bağ təsərrüfatları salınacaq

Cəmiyyət | 14:51 • 29 İyul 2020
“Sosial Bağlar” layihəsi çərçivəsində daha 250 ailə üçün bağ təsərrüfatları salınacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi "Sosial Bağlar” layihəsi çərçivəsində bu il daha 250 aztəminatlı ailə üçün intensiv bağ təsərrüfatları salınacaq.


Nazirlikdən xezerxeber.az-a bildirilib ki, özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün əlverişli şəraiti olan 16 rayonu (Astara, Balakən, İsmayıllı, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəki, Şəmkir, Siyəzən, Xaçmaz, Yevlax, Zaqatala) əhatə edir.


Həmin rayonlarda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər qeydiyyatdan keçmək üçün müvafiq ərazi məşğulluq mərkəzinə müraciət edə bilərlər. Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və torpağın bağçılıq üçün yararlı olması əsas götürüləcək.

Daxil olan müraciətlər əsasında 250 aztəminatlı ailə seçilərək ilk növbədə onlara məxsus torpaq sahələrində monitorinqlər aparılacaq.


Ehtiyaclar müəyyən edildikdən sonra həmin sahələrdə intensiv bağ təsərrüfatları salınacaq.


Son müraciət tarixi 1 sentyabrdır.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024