Xəzər Xəbər

Həcc ziyarətində bu məhdudiyyətlər tətbiq olunacaq

Cəmiyyət | 12:43 • 28 İyul 2020
Həcc ziyarətində bu məhdudiyyətlər tətbiq olunacaq

Sabahdan Səudiyyə Ərəbistanında başlayan Həcc mərasimində bu il koronavirus pandemiyası səbəbiylə yalnız minə yaxın insan iştirak edə biləcək.


Həcc altı gün davam edəcək və avqustun 2-də başa çatacaq.


Həcc ziyarətində iştirak edən müsəlmanlar bu il bir sıra məhdudiyyətlərlə qarşılaşacaqlar. Bu dövrdə Səudiyyə Ərəbistanı hökuməti, sosial məsafə, gücləndirilmiş sanitariya və gigiyena tədbirlərinə riayət olunmasına ciddi nəzarət edəcək.


Məsələn, "şeytanın daşlanması" mərasimində istifadə olunan bütün daşlar antiseptiklərlə təmizlənəcək. Həmçinin zəvvarların Kəbəyə toxunmasına və öpməsinə icazə verilməyəcəyi, namaz vaxtı maska taxmağın məcburi olacağı bildirilib.


Qeyd edək ki, hər il milyonlarla müsəlman Həcc ziyarətində iştirak edir. Ötən il bu məqsədlə Səudiyyə Ərəbistanına 2,5 milyon zəvvar səfər edib. ("Qafqazinfo")

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024