Xəzər Xəbər

Kolleclərə ərizə verməyən 9-cu sinif şagirdləri buraxılış imtahanını sentyabrda verəcəklər

Cəmiyyət | 12:31 • 28 İyul 2020
Kolleclərə ərizə verməyən 9-cu sinif şagirdləri buraxılış imtahanını sentyabrda verəcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 29-30-da buraxılış (qəbul) imtahanları keçiriləcək.


Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.


DİM-dən xezerxeber.az-a bildirilib ki, bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Həmin şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.


Qeyd edək ki, 11 illik orta təhsil bazasında kolleclərə, ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər, eləcə də tədrisi ingilis və fransız dilində olan məktəblərin 9-cu sinif şagirdləri üçün imtahana buraxılış vərəqəsi qoyulsa da, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq onlar iyul ayında keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər buraxılış imtahanını sentyabr ayında verə bilərlər.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024