Xəzər Xəbər

Koronavirusa qarşı vaksin sınaqdan uğurla keçib

Cəmiyyət | 19:24 • 15 İyul 2020
Koronavirusa qarşı vaksin sınaqdan uğurla keçib

Oksford Universitetinin tədqiqatçılar qrupu Böyük Britaniya və İsveçin müştərək "AstraZeneca” əczaçılıq kompaniyası ilə birgə hazırladığı koronavirus əleyhinə vaksinin test sınaqlarının ilk müsbət nəticələrini əldə edib.


Xezerxeber.az Böyük Britaniyanın ITV telekanalına istinadla xəbər verir ki, mütəxəssislər vaksin vasitəsi ilə immunitetin artmasına nail olub. Bu barədə dəqiq məlumatlar "The Lancet” tibb jurnalında dərc olunacaq.


"İmmun sisteminin reaksiyası həm anticisimlər, həm də T-hüceyrələri (limfosit) ilə əlaqəlidir. Hazırda bütün diqqət anticisimlər üzərində cəmlənsə də, T-hüceyrələrinin reaksiyasının da koronavirusdan müdafiə üçün vacib olduğu müəyyən edilib”, - deyə universitetdən bildiriblər.


Bununla yanaşı, vaksinin effektivliyi yalnız sınaqların hazırda Braziliyada davam edən üçüncü, yekun mərhələsində tam müəyyən olunacaq. Klinik sınaqların Birləşmiş Krallıqda keçirilən ikinci mərhələsində 5-12, 56-69 yaşlar arası və 70 yaşdan yuxarı 10 mindən çox könüllü iştirak edib. Sınaqların ilk mərhələsinə isə 18-55 yaş arası mindən çox insan cəlb olunmuşdu.


"AstraZeneca” kompaniyası Oksford preparatının uğurlu klinik sınaqlarına ümid edərək artıq 2 milyard vaksin dozasının hazırlanması üçün lazımı istehsal gücünü təmin edib.


Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib. Mart ayının 11-də yeni koronavirus infeksiyasının yayılması pandemiya elan olunub.


Pandemiyanın statistikasını aparan "Worldometer” saytının Bakı vaxtı ilə bu gün saat 18:00-a olan məlumatına əsasən, Böyük Britaniyada 291 min 373 yoluxma və 44 min 968 ölüm faktı qeydə alınıb.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024