Xəzər Xəbər

DYP: Bakının bütün küçə və prospektləri tam nəzarətə götürülüb

Cəmiyyət | 11:03 • 10 İyul 2020
 DYP: Bakının bütün küçə və prospektləri tam nəzarətə götürülüb

Bakıda xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş mobil polis postlarının sayında artım müşahidə olunur. Belə ki, bu gün səhər paytaxtın əsas küçə və prospektlərində Yol Patrul Xidməti əməkdaşları postlar quraraq yoxlamalar aparıb.


Bununla bağlı APA-nın sorğusunu cavablandıran Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərini əhatə edən bütün küçə və prospektlər polis əməkdaşlar tərəfindən tam nəzarətə götürülüb: "Xidmətdə müvəqqəti mobil postların yaradılaraq təşkil edilməsi ilə bağlı göstəriş var. Hazırda bu cür xidmət aparılır. Sərt karantin rejiminə nəzarəti əməkdaşlarımız bir neçə üsulla həyata keçirir. Mobil postlar yaratmaqla və yaxud reydlər təşkil etməklə hərəkətdə olan avtomobillər və sərnişinlər yoxlanılır. Evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır”.


Vaqif Əsədov vətəndaşlara müraciət edərək zərurət yaranmadıqca onları şəxsi avtomobillərindən istifadə etməməyə çağırıb: "Bəzi vətəndaşlar stasionar postların yığışdırılmasını karantin rejiminin başa çatması kimi başa düşür. Vətəndaşlara bildiririk ki, sərt karantin rejimi davam edir. Vətəndaşlara icazələrinin olub-olmadığını yoxladıqdan sonra evdən çıxmalarını məsləhət görürük. Qoruyucu vasitələrdən istifadə etmənin vacibliyini onların diqqətinə çatdırırıq”.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024