Xəzər Xəbər

COVİD-19 testinin cavabı gecikən şəxslər nə etməlidir? RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 13:41 • 3 İyul 2020
COVİD-19 testinin cavabı gecikən şəxslər nə etməlidir?

COVİD-19-la bağlı test verən şəxslərin analizlərinin "E-TƏBİB" proqramı vasitəsilə alınmasında problem yaşanıb. Test edilən şəxslərə analizlərin cavabı gəlmir və ya onların test olunmadığı məlumatı gəlir. Bu cür hallar vətəndaşlar arasında çaşqınlıq yaradır.


XəzərXəbər xəbər verir ki, E-tebib layihəsinin rəhbəri Fuad Niftəliyev Trend-ə açıqlamasında faktı təsdiqləyib.


Bildirib ki, hazırda problemin həlli istiqamətində işlər görülür: "Əslində bu problem "E-TƏBİB"dən asılı olmayan məsələdir. Yəni analizlərin cavablarını test götürən laboratoriyalar vaxtında çatdıra bilmirlər. Ona görə də həmin cavablar "E-TƏBİB"in bazasına yüklənmədiyindən vətəndaşlara yanlış cavablar verilir. Artıq bu problemin aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görülür. Laboratoriyalara tapşırıqlar verilib ki, əsasən pozitiv çıxan cavablar dərhal bazaya göndərilsin və vətəndaşa dərhal məlumat verilsin. Hazırda pozitiv cavablar dərhal bazaya yüklənilir və vətəndaşa bu barədə məlumat verilir. Cavab gəlməyən və ya testdən keçmədiyi deyilən şəxslərin isə çox güman ki, test cavabları neqativdir. Neqativ cavabların bazaya yüklənməsində gecikmələr davam edir. Çalışırıq ki, qısa zamanda bu problemi də aradan qaldıraq".


F. Niftəliyev bildirib ki, test cavabları gəlməyən şəxslər hələlik problem həll olunana qədər analiz verdikləri laboratoriyalarla əlaqə saxlaya bilərlər.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024