Xəzər Xəbər

AMEA-da yay imtahan sessiyasının tarixi açıqlanıb

Cəmiyyət | 15:28 • 16 İyun 2020
AMEA-da yay imtahan sessiyasının tarixi açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev "Yay imtahan sessiyasının keçirilməsi haqqında” müvafiq sərəncam imzalayıb.


AMEA-dan xezerxeber.az-a bildirilib ki, sərəncama əsasən, ixtisas, xarici dillər və Azərbaycan dili (xarici vətəndaşlar üçün) fənlərindən doktorluq imtahanlarının qəbulu ilə bağlı yay imtahan sessiyasının iyunun 22-dən iyulun 20-dək keçirilməsi nəzərdə tutulur. Doktorluq imtahanları AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş fənn proqramlarına uyğun olaraq karantin rejiminin tələblərinə riayət edilməklə ənənəvi qaydada, zərurət olduqda isə onlayn keçiriləcək.


Həmçinin ixtisas fənni üzrə doktorluq imtahanlarını qəbul etmək məqsədilə elmi müəssisələrdə imtahan komissiyaları yaradılacaq.


İngilis dilindən doktorluq imtahanları AMEA Rəyasət Heyətinin 2015-ci il 4 mart tarixli qərarına uyğun olaraq akademik IELTS proqramı üzrə, alman və fransız dillərindən isə AMEA prezidentinin 2019-cu il 9 oktyabr tarixli sərəncamına uyğun olaraq keçiriləcək.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024