Xəzər Xəbər

Cərimə protokollarının hansı halda ləğv ediləcəyi açıqlandı - RƏSMİ

Cəmiyyət | 19:50 • 12 İyun 2020
Cərimə protokollarının hansı halda ləğv ediləcəyi açıqlandı - RƏSMİ

"Bəzi hallarda vətəndaş icazəli olduğunu desə də, icazə portalında onun məlumatları görünmür”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslər inzibati məsuliyyətə cəlb edilib:

"Polis həmin şəxsin yanında məlumatları portal vasitəsilə yoxlayır. Vətəndaşın adı çıxmadığı üçün polis inzibati xəta üzrə protokol tərtib edir. Polis heç bir halda qanunsuzluq etmir.

Ola bilər ki, vətəndaş evdən çıxdıqdan birsaat sonra adı portalda qeydiyyata alınıb. Bu, ondan irəli gəlir ki, işəgötürən şəxs icazə portalına işçinin adını gec qeyd edir, amma işçini işə tez çağırır.

Əgər bu prosesdə polisin günahından protokol səhv yazılarsa, vətəndaş həmin faktı bizə təqdim etsin. Müvafiq araşdırma aparılacaq və nəticədən asılı olaraq həmin protokol ləğv olunacaq”.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024