Xəzər Xəbər

Tez-tez əl yumaq zərərlidir? Mütəxəssis AÇIQLADI

Cəmiyyət | 16:00 • 11 İyun 2020
Tez-tez əl yumaq zərərlidir?

"Virusların yayılmasına qarşı mübarizədə əsas vasitə olan əl yumaq da zərərli ola bilər. Bəzi hallarda gigiyena qaydalarının tərsi əks nəticə verə bilər".

XəzərXəbər xəbər verir ki, bunu allerqoloq-immunoloq həkim Aleksey Bessmertnı Sputnik radiosuna müsahibəsində söyləyib.

"Sözsüz ki, şəxsi gigiyenasına laqeyd yanaşan insanlarda virus və xəstəliklər tez yayılır.

Bu səbəbdən bütün həkimlər yeməkdən əvvəl əlləri yumağı və tez-tez duş qəbul etməyi məsləhət görür. Əlbəttə ki, bu xəstəliklərdən tam qorumur, lakin bir çox xoşagəlməz halların qarşısını ala bilir. Lakin əllərin tez-tez yumağın da zərərli tərəfləri var",- deyə o, qeyd edib.

Bessmertnı gündə 6-8 dəfədən çox əlləri yumaq dərinin qurumasına və zədələnməsinə səbəb olduğunu bidirib. Bu zaman infeksiyalardan qoruyan faydalı bakteriyalardan ibarət qoruyucu qat da yuyulur.

Bundan başqa həkim antiseptik vasitələr və nəm salfetlər infeksiyanın daha da yayılmasına səbəb ola biləcəyini vurğulayıb.(ölkə.az)

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024