Xəzər Xəbər

Koronavirus uşaqlar üçün nə dərəcədə təhlükəlidir? Alimlər açıqladı

Cəmiyyət | 15:22 • 8 Aprel 2020
Koronavirus uşaqlar üçün nə dərəcədə təhlükəlidir?

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi yeni doğulmuş uşaqların və kişilərin SARS-CoV-2-yə yoluxma və ağır simptomların inkişaf riskinin yüksək olduğu araşdırma təqdim edib.

Xarici mətbuat xəbər verir ki, elmi işlərin nəticələri kafedranın saytında dərc olunub. Mütəxəssislər ABŞ-da fevralın 12-dən aprelin 2-dək 18 yaşınadək uşaqlarda 2500 COVID-19 halını araşdırıb. Əldə edilən məlumatlar uşaqların böyüklərə nisbətən xəstəliyə daha az həssas olduğunu təsdiqləyir. Virusa yoluxanların yalnız 1.7 faizi uşaqlar olub, baxmayaraq ki, əhalinin 22 faizini təşkil edirlər. Onların yalnız 73 faizində öskürək, hərarət və ya təngənəfəslik özünü göstərib. 18 yaşdan 64 yaşa qədər olanlarda bu göstərici 93 faizdir.

Lakin bəzi uşaqlarda ağır simptomlar müşahidə olunub, 147-si xəstəxanaya yerləşdirilib, beşi reanimasiyaya göndərilib, üçü isə ölüb. Bununla yanaşı 95 körpənin 62 faizi xəstəxanaya yerləşdirilib. Alimlərin fikrincə, həyatın ilk ilində körpələr uşaqlar və böyüklər kimi sabit immunitet reaksiyasına sahib deyil.

Bundan əlavə, araşdırmalar göstərir ki, kişilər qadınlardan daha çox COVID-19-a yoluxur və vəfat edir. Martın 20-nə olan məlumata görə, Qərbi Avropada koronavirusdan ölənlərin təxminən 70 faizini kişilər təşkil edir.

publika.az

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024