Xəzər Xəbər

Ötən il nikaha daxil olmaq istəyən 135 nəfərdə QİÇS aşkarlanıb

Cəmiyyət | 17:39 • 2 Aprel 2020
Ötən il nikaha daxil olmaq istəyən 135 nəfərdə QİÇS aşkarlanıb

2019-cu il ərzində nikaha daxil olmaq istəyən 126 min insanın qan nümunəsi müayinə olunub.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Onların arasında 3393 talassemiya daşıyıcısı, 135 nəfərdə qazanılmış immun çatışmazlığı sindromu (QİÇS), 297 nəfərdə ifilis xəstəliyi aşkar edilib.

Müayinə olunanların arasında talassemiyalı 43 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materiallarının müayinəsi aparılıb, 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024