Xəzər Xəbər

Azərbaycanda avtomobillərdən atmosferə atılmış zərərli maddələrin həcmi azalıb

Cəmiyyət | 10:46 • 2 Aprel 2020
Azərbaycanda avtomobillərdən atmosferə atılmış zərərli maddələrin həcmi azalıb

2019-cu ildə Azərbaycanda stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2018-ci illə müqayisədə 0,9 min ton artaraq ümumilikdə 1122,1 min ton təşkil edib ki, onun da 84,2 faizi və ya 945,2 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.

Stasionar mənbələrdən atılmış zərərli maddələrin həcmi 3,5 faiz artıb, avtomobillərdən atılmış maddələrin həcmi isə 0,5 faiz azalıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 6,2 min ton, Sumqayıt şəhərində 0,4 min ton, Şirvan şəhərində 0,02 min ton artıb.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 59,9 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 41,9 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

Atmosferə atılmış bütün zərərli tullantıların 66,0 faizini karbohidrogenlər, 12,6 faizini azot oksidi, 9,1 faizini karbon oksidi, 0,4 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib. (Trend)

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024