Xəzər Xəbər

Həkim olmayan şəxslər virusla bağlı məsləhətlər verməsin - Komitə sədri

Cəmiyyət | 12:55 • 17 Mart 2020
 Həkim olmayan şəxslər virusla bağlı məsləhətlər verməsin  -

"Koronavirusla mübarizədə hökumətlə cəmiyyətin birgə fəaliyyəti çox önəmlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M. Quliyev bildirib ki, hökumətin bu vəziyyətə davranışı hadisəyə adekvatdır: "Koronavirus yayılan ölkələrdən vətəndaşlarımızın gətirilməsi, karantinə alınması, izolyasiya olunması üçün bütün tədbirlər görülür. Operativ qərargahın verdiyi təlimatlara hər bir vətəndaş qeyri-şərtsiz əməl etməlidir. Tibbi profilaktika sahəsində hər cür vəsaitimiz var. Operativ qərargahdan və KİV-dən xahişim odur ki, gün ərzində 5-10 dəfə cəmiyyətə informasiya versinlər. Bu zaman fake informasiyalara yer qalmayacaq. Bu gün ölkəmizdə koronavirusla bağlı maarifləndirmə işləri də yüksək səviyyədədir.

Lakin ictimaiyyətin davranışında ikiqütblülük var. Bir qütbdə panika, ajiotaj, digər qütbdə isə laqeydlik. İnsanlarımız, sadəcə, operativ qərargahın tövsiyələrinə əməl etməlidir. Qorxulu hal isə həkim olmayan şəxslərin virusla bağlı məsləhətlər verməsidir. Buna görə də bütün sosial şəbəkə istifadəçilərinə müraciət edirəm ki, qeyri-peşəkar adamlar öz fikirlərini yazmasınlar”.

M. Quliyev bildirib ki, virusla mübarizənin ən effektiv yolu xəstə insandan uzaq durmaqdır: "İnsanların ehtiyac olmadığı hallarda çox yerə toplaşması arzu olunan deyil. Hesab edək ki, müharibə şəraitindəyik. Biz bir-birimizi, yaxınlarımızı qorumalıyıq. Eyni zamanda iş yerlərində də dezinfeksiyaedici məhlullardan istifadə məqsədəuyğundur. Bu şərtlərin həyata keçirilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməlidir. İş yerlərində əməkdaşların maaşları saxlanılmaqla, 2 həftəliyinə kənarlaşdırılması və sosial məzuniyyətə göndərilməsi ilə bağlı da qərar qəbul olunmalıdır. Tibb işçilərinin maaşlarına əlavə olunmalı və mükafatlar verilməlidir”. (APA)

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024