Xəzər Xəbər

Koronavirusa qarşı ƏN EFFEKTİV VASİTƏ

Cəmiyyət | 18:31 • 29 Fevral 2020
Koronavirusa qarşı

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov sarımsaq və soğanı koronavirus üçün ən yaxşı dərman adlandırıb.

Ukrayna mətbuatı xəbər verir ki, "1 + 1" kanalında yayımlanan "Güc hüququ" televiziya proqramında qonaq olan katib sarımsaq və soğanı koronavirus üçün ən effektiv vasitə olduğunu açıqlayıb.

"Koronavirus üçün ən yaxşı dərman salo (Heyvan mənşəli bərk piydir, heyvanların güclü qidalandığı dövrdə onların orqanizmində toplanıb yığılan yağ qatıdır. Salo heyvan orqanizmində yığılan, tərkibində yüksək miqdarda doymuş yağ turşrları olan qida ehtiyatlarıdır, kimyəvi tərkibi əsasən triqliceridlərdən ibarətdir-müəl.), soğan və sarımsaqdır. Bunlar ən yaxşı dərmanlardır. Biz davamlı olaraq bəzi gərgin mövzulardan danışırıq. İnsanları bir qədər sakitləşdirmək lazımdır” , - deyə siyasətçi vurğulayıb.

Danilovun sözlərinə görə, məmurlar yüksək keyfiyyətli dərmanlar satılması üçün aptek şəbəkələrini izləyirlər.

O, ölkədə dərman istehsalına və tədarükünə nəzarət sisteminin inkişaf etdiyini açıqlayıb. Siyasətçinin sözlərinə görə, hər bir aptek gündəlik hesabat verəcək.

Xatırladaq ki, Ukrayna sakinləri bu yaxınlarda Çinin Vuhan əyalətindən qayıdan həmyerlilərinə çox xoşagəlməz reaksiya verib. Belə ki, Poltava ərazisində kütləvi iğtişaşlar başlayıb, ukraynalılar həmyerliləri ilə birlikdə avtobuslara daş ataraq təxliyyə olunanların gətirilməsinə etiraz edib. Ternopildə, Medobori sanatoriyasının girişində isə onlarla yerli sakin dualar oxuyub./publika.az

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024