Xəzər Xəbər

Koronavirusun insandan insana keçmə statistikası açıqlanıb

Cəmiyyət | 09:29 • 19 Fevral 2020
Koronavirusun insandan insana keçmə statistikası açıqlanıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ COVID-19 koronavirusunun insandan insana keçməsi üzrə 100-ə yaxın fakt qeydə alıb.


Xezerxeber.az "RİA Novost"yə istinadən verdiyi məlumata görə, bunu ÜST-nın baş direktoru Tedros Adhanom Qebreyesus deyib.


A.Qebreyesus bildirib: "Hazırda Çindən kənarda, 12 ölkədə COVID-19 koronavirusunun insandan insana keçməsi üzrə 92 fakt qeydə alınıb. Xəstəliyin ciddiliyini və ya ölüm səviyyəsini müqayisə etmək üçün Çindən kənarda qeydə alınan hallar üzrə kifayət qədər məlumatımız yoxdur".


Onun sözlərinə görə, ÜST hər bir xəstəlik halının inkişafını daha yaxşı başa düşmək üçün yoluxmaların qeydə alındığı dövlətlərlə birlikdə vəziyyəti izləyir.


Eyni zamanda, ÜST "Diamond Princess" kruiz laynerində yoluxanlar istisna olmaqla hələki virusun insandan insana davamlı keçməsi faktını qeydə almayıb. Bildirilir ki, kruiz laynerində yoluxan insanlarda COVID-19 koronavirusunun yüngül forması müəyyən edilib, sərnişinlərin əksəriyyəti isə sağlamdır.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024