Xəzər Xəbər

Avropada işə düzəltmək adı ilə vətəndaşların 50 min manat pulunu mənimsəyən şəxs tutulub

Cəmiyyət | 10:32 • 25 Dekabr 2019
 Avropada işə düzəltmək adı ilə vətəndaşların 50 min manat pulunu mənimsəyən şəxs tutulub

Nəsimi rayonunda insanların etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onları işə düzəltmək adı altında aldadan və xeyli miqdarda maddi vəsaitlərini ələ keçirən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Məmmədov tutulub. Araşdırma zamanı müəyyən edilib ki, V.Məmmədov bir neçə ay əvvəl Nəsimi rayonu ərazisində ofis açaraq müxtəlif vasitələr, o cümlədən sosial şəbəkələrdə xaricdə yüksək məvacibli iş elanları verməyə başlayıb. O, iş üçün ona müraciət edən şəxsləri Almaniya, Çexiya, Polşa respublikalarında yerləşən şokolad fabrikləri, Norveç Krallığında balıq fabriki, Estoniya Respublikasında yerləşən avtomobil zavodunda işlə təmin edəcəyinə söz verərək onları dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edən 15 nəfər zərərçəkəni bu üsulla aldadan V.Məmmədov ümumilikdə onların 50 min manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.


Qeyd olunan faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, "102” Zəng Mərkəzinə, Nəsimi Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024