Xəzər Xəbər

Hakimliyə namizədlərlə yazılı imtahan keçirilir

Cəmiyyət | 12:37 • 14 Dekabr 2019
Hakimliyə namizədlərlə yazılı imtahan keçirilir

Prezident İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi aparılır.


Hakim olmaq üçün sənədlərini təqdim etmiş 200-dən çox namizədlə cari ilin sentyabrında keçirilmiş test üsulu ilə və yazılı imtahanlarda 81 nəfər müvəffəqiyyət qazanıb. Hazırda Hakimlərin Seçki Komitəsi tərəfindən həmin namizədlərlə şifahi imtahanlar keçirir. Eyni zamanda, namizədlərin sənəd qəbulu davamlı xarakter alıb və ötən ayın 23-də 230-dək olan növbəti namizədlərlə test imtahanı keçirilib. Suallar müasir texnologiyalar tətbiq edilməklə fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb, hər bir namizədin nəticələri ona dərhal elan olunub. İmtahanda 60 və daha artıq bal toplamış 108 nəfər namizəd növbəti mərhələyə – yazılı imtahana buraxılıb.


Xezerxeber.az xəbər verir ki, dekabrın 14-də Dövlət İmtahan Mərkəzində həmin namizədlərlə yazılı imtahan keçirilir.


İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, özünün qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.


Dörd saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlis izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.


İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.


Cavab vərəqələri tam anonimləşdirildikdən sonra ikiqat yoxlama üsulu ilə qiymətləndiriləcək və nəticələr elan ediləcək.


Hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və hakim olmaq istəyən hüquqşünaslar müsabiqəyə dəvət olunurlar.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024