Xəzər Xəbər

Yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı verilən tövsiyələr kifayət qədər təsir göstərib - Komitə sədri

Cəmiyyət | 12:26 • 9 Dekabr 2019
Yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı verilən tövsiyələr kifayət qədər təsir göstərib -

Azərbaycanda bir çox yerlərdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək bu addımı atıb. Bir çox kəndlərdə, rayonlarda ümumi razılıqla bu məsələlər həll edilib.


Bnu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.


M.Qurbanlı bildirib ki, Azərbaycanda yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası zamanında fətva verib və çağırış edərək, yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmaması, o cümlədən israfçılığa yol verilməməsi barədə tapşırıq verilib: "Bu, tövsiyə xarakterli xarakterli bir çağırışdır. İslamda yas mərasimləri ilə bağlı mütəxəsislərin, imamlarımızın geniş açıqlamaları var. Biri var adət-ənənələr, biri var İslamdan irəli gələn vacib şərtlər. Əgər biz islami dəyərlərə diqqət yetirsək, İslam dinindəki mərasim tamamilə başqa formada olmalıdır. Amma bizdə yas mərasimləri bəzən adət-ənənələrdən irəli gələn məsələlərdə özünü biruzə verir. Əlbəttə, burada hər hansı bir qadağadan söhbət gedə bilməz. Bu yalnız təbliğat, tövsiyələr yolu ilə həll edilə bilər. Bu, zamana bağlı olan məsələdir. Burada hər hansı bir müdaxilədən söhbət gedə bilməz”.


M.Qurbanlı vurğulayıb ki, bu məsələ təbliğat yolu ilə tədricən öz həllini tapacaq: "İndiyə qədər verilən tövsiyələr kifayət qədər təsir göstərib, bir çox yerlərdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək bu addımı atıb. Bir çox kəndlərdə, rayonlarda ümumi razılıqla bu məsələləri həll ediblər. Ona görə də hesab edirəm ki, burada tövsiyələr mühüm rol oynayır”.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024