Xəzər Xəbər

I və II sinifdə ev tapşırıqları LƏĞV EDİLSİN Deputat etiraz etdi

Cəmiyyət | 15:19 • 25 Noyabr 2019
I və II sinifdə ev tapşırıqları LƏĞV EDİLSİN

Millət vəkili Elmira Axundova I və II sinifdə ev tapşırıqlarının ya ləğv olunması, ya da cüzi olması təklif edib.

XəzərXəbər xəbər verir ki, millət vəkili Elmira Axundova bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Bildirib ki, 6 yaşlı uşaqlar dərsdən sonra axşam saat 8-9-a kimi ancaq ev tapşırıqları ilə məşğul olurlar və bu da şagirdlərin həddən artıq yüklənməsidir: "Bu qədər ağır yük altında şagirdlərin məktəbə qarşı nifrəti oyana bilər. I və II sinifdə ev tapşırıqları ya ləğv olunsun, ya da cüzi olsun. Yoxsa uşaqlarımız idman və ya hər hansı incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar. Belə olan halda məktəblər robot insanlar yetişdirəcək. Şagirdlərin bu qədər oturaq həyat tərzi keçirməsi onların səhhətində ciddi problemlər yarada bilər”.

Rusdilli məktəblərdə dərsliklərin keyfiyyətindən də narazılıq edən deputat bu dərsliklərin yenidən işlənməsini vacib sayır: "O kitablarla uşaqları təhsilə cəlb etmək əvəzinə, onları tədris prosesindən uzalaşdırırlar”.

Xəbər lenti