Xəzər Xəbər

Paltar yuyarkən BU SƏHVLƏRİ etməyin

Cəmiyyət | 10:22 • 7 Noyabr 2019
Paltar yuyarkən BU SƏHVLƏRİ etməyin

Paltaryuyan maşında paltar yumaq asan görünsə də, bu, belə deyil.

Paltar yuyarkən etdiyiniz səhvlər barədə məlumatı təqdim edirik.

Çox isti suda paltar yumaq

Paltarları ilıq suda yuduqda forma və rəng itkisi minimuma enir. Amma çox isti suda yumaq əksinə, onların formasının pozulmasına, rənginin solmasına və köhnəlməsinə səbəb olur. Həmçinin ilıq su, ləkələri çıxarmaqda isti su qədər təsirlidir.

Paltar yuyan maşına çox ləkəli paltar qoymaq

Çox ləkəli paltarlar əvvəlcə islağa qoyulmalıdır. Həmçinin onları əldə də yumaq olar. Məsələn, tər ləkəsini limon suyu köməyi ilə çıxara bilərsiniz. Ot ləkəsi isə sirkə və yuyucu vasitə qarışımı ilə asanca çıxacaq.

Həddindən artıq yuyucu vasitə və yumşaldıcı istifadə etmək

Çox yuyucu vasitə və ya yumşaldıcı maşının xəzinəsini tıxayaraq pis qoxu yaranmasına səbəb olur. Kirli paltarları çox yuyucu vasitə ilə yumaq yerinə iki dəfə yuyaraq normal ölçüdə yuyucu vasitə istifadə edin.

Zərif paltarları paltaryuyan maşında yumaq

Paltaryuyan maşında normal yuma prosesi büstqalterlərin formasını itirməsinə səbəb olur. Buna görə büstqalter kimi zərif paltarları əldə yumaq daha yaxşıdır.

Cinsləri tez-tez yumaq

Cinslərinizi 6 ayda sadəcə 2 dəfə yumalısınız. Cinslər üçün də ən uyğun yuma şəkli əllə yumaqdır.

Paltaryuyan maşına qulluğu gecikdirmək
Çirk, yuyucu vasitə artıqları və paltaryuyanın zamanla kirəclənməsi kimi faktorlar maşının ömrünü azaldacaq. Buna əngəl olmaq üçün maşının qapağını yuyulma sonrası hava alması üçün açıq qoyun. Paltaryuyanın qapağındakı silikonun arasında yığılan qalıntıları təmizləyin.
Yuyucu vasitə qoyulan bölməni ayda bir dəfə yuyun.

Ayda bir dəfə paltaryuyanın içinə sirkə və yuyucu vasitə tökərək işlədin./publika.az

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024