Xəzər Xəbər

ÜST: Azərbaycanda siqaret və spirtli içkilər üçün vergi yükü artırılmalıdır

Cəmiyyət | 13:51 • 30 Oktyabr 2019
ÜST: Azərbaycanda siqaret və spirtli içkilər üçün vergi yükü artırılmalıdır

"Azərbaycanda spirtli içkilərdən istifadə halları Rusiyada olduğu qədər çox deyil. Amma buna baxmayaraq, ölkədə spirtli içkilər üçün vergi yükü artırılmalı, onların reklamı qadağan edilməlidir".


Bunu Ümumdünya Səhiyyə Təşkilatının ilkin səhiyyə xidmətləri üzrə eksperti Sampreeti Aypanciquli "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda seminarda deyib. Onun sözlərinə görə, Azərbaycanda ölümə səbəb olan xəstəliklər sırasında ürək-damar xəstəlikləri ilk yerdə dayanır. Bu xəstəliklərin yaranmasında əsas risk faktorlarından biri tütündür. S. Aypanciquli hesab edir ki, Azərbaycanda tütün istehlakı azaldılmalıdır. Tütünlə bağlı vergilər artırılmalı, siqaret qutularının üzərində "Sağlamlığa ziyandır" sözləri böyük hərflərlə yazılmalı, onun sağlamlıq üçün təhlükəli olmasını göstərən şəkil vurulmalıdır: "Bununla yanaşı, Azərbaycanda şirkətlər siqaret reklamını dayandırmalı və ictimai yerlərdə siqaretin çəkilməsi qadağan edilməlidir. Azərbaycanda ilk dəfə oluram. Küçədə insanların yol gedə-gedə və ya dayanaraq siqaret çəkdiyini görürəm. Ola bilsin ki , bu, Azərbaycan üçün məqbul haldır. Amma mən tezliklə vəziyyətin dəyişəcəyinə ümid edirəm".


S. Aypanciquli əlavə edib ki, enerji içkiləri ÜST üçün yeni sahədir və artıq bu məsələyə də diqqət yetirilməyə başlanılıb: "Gənclər enerji içkilərini qəbul etməyə daha çox maraq göstərirlər. Onlar bununla daha çox kofein qəbul etmiş olurlar. Bu da sonda ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Enerji içkilərinin qadağan olunması ilə bağlı siyasət müəyyən edilməlidir". (APA)

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024