Xəzər Xəbər

Artıq çəki ürək çatışmazlığından müdafiə edir - Alimlər piylənmənin paradoksunu üzə çıxarıblar

Cəmiyyət | 21:17 • 5 Oktyabr 2019
Artıq çəki ürək çatışmazlığından müdafiə edir -

Avstraliya alimləri piylənmənin növbəti paradoksunu üzə çıxarıblar. Sən demə, artıq çəki ürək çatışmazlığının təhlükəli formasının inkişafından müdafiə edir. Doğrudur, bunu ürək problemləri artıq təsdiq edilmiş insanlar barəsində demək olar. Ürəyində problemləri olan insanların artıq çəkisi onların həyatına təhlükə yaradan ürək çatışmazlığı riskini azaltmağa kömək edir. 


Xezerxeber.az "MedicalXpress”ə istinadla xəbər verir ki, Adelaida Universiteti tədqiqatçıları belə qənaətə gəliblər.


Alimlər ümumən 375056 adamın iştirakı ilə keçirilən bir sıra tədqiqatların məlumatlarını təhlil ediblər. Onlar ürək-damar sisteminin vəziyyəti ilə bədəndə artıq piy arasında maraqlı əlaqə aşkar ediblər.


Tədqiqat müəllifləri bildiriblər: "Ürək çatışmazlığının şiddətlənməsi ilə əlaqədar ən aşağı ölüm riski bu xəstəlikdən əziyyət çəkən, lakin artıq çəkisi piylənmənin yüngül forması olan insanlar arasında müşahidə olunub”.


Eyni zamanda tədqiqat göstərib ki, ürək-damar sistemi ilə problemləri olmayan kök insanların çəkisinin azalması onların sağlamlıq durumunu yaxşıladırır. Aşkar edilmiş fenomen avstraliyalı mütəxəssislər tərəfindən "piylənmə paradoksu” kimi xarakterizə edilib.


Onların sözlərinə görə, bu paradoksu qismən bununla izah etmək olar ki, artıq çəkili insanlar sağlamlıq paroblemləri ilə bağlı tez-tez həkimə müraciət edirlər. Bu da onların xəstəliyini vaxtında diaqnozlaşdırmağa və dərhal müalicəsinə başlamağa kömək edir.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024