Xəzər Xəbər

Yollarda yeni “trend”: maşın sürərkən canlı yayıma çıxanları nə gözləyir?

Cəmiyyət | 17:25 • 28 Sentyabr 2019
Yollarda yeni “trend”:

Sükan arxasında telefon istifadə etməklə "qəhrəmanlıq”edən, qəza şəraiti yaradan sürücülər qanun qarşısında cavab verəcək.

Bu sözləri Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov ötən gün paytaxtın Heydər Əliyev prospektində baş verən qəzaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sükan arxasında sürücünün mobil telefonla danışması, ümumiyyətlə, sürücünün diqqətinin yayınmasına səbəb olan davranışlara yol verməsi qanun pozuntusudur:

"Bu gün istər respublika ərazisində, istərsə də Bakı şəhəri üzrə qeydə alınan yol qəzalarının 70 faizi bu cür səbəblərdən baş verir. Eyni zamanda, dəfələrlə sürücülərə səslənərək onları yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq.

Ötən gün baş verən hadisədə sürücü sükan arxasında mobil telefondan istifadə etməklə yalnız özü üçün deyil, həm də digər yol hərəkəti iştirakçılarına da təhlükə yaradıb. Bu birbaşa "Yol hərəkəti haqqında” qanunun tələblərinin kobud şəkildə pozulmasıdır.

Sükan arxasında telefondan istifadə etməklə, qəza şəraiti yaradan sürücülər heç də qəhrəmanlıq etmir. Onlar aidiyyəti üzrə qanunun tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar”.

V.Əsədov onu da əlavə edib ki, avtomobil yollarında baş verən qəzalar heç kimin şəxsi həyatı deyil:

"Küçə və yollardan hər kəsin eyni dərəcədə istifadə etmək haqqı var. Vətəndaşların heç biridigərinin təhlükəsizliyini riskə atacaq qayda pozuntusuna yol verə bilməz. İctimai yerlərdə baş verən yol qəzaları heç kimin şəxsi həyatı ola bilməz.

Sizin vasitənizlə həmin sürücüyə və onun timsalında bu cür qayda pozuntularına yol verərək qəza halları yaradanlara səslənirəm ki, bu, qəhrəmanlıq deyil. Bu kimi davranışlar eyni zamanda digər sürücüləri də qanun pozuntusuna çağırır. Buna yol vermək olmaz. "Yol hərəkəti haqqında” qanunun tələbləri onlara riayət etmək üçündür. Qanunun tələblərini pozan hər kəskimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunacaq”.

Xatırladaq ki, ötən gün paytaxtın H.Əliyev prospektində "LADA Priora” markalı avtomobili idarə edən sürücü telefonla canlı yayıma çıxaraq qəza törədib. Hərəkət zamanı yolu çəkən sürücü bir anlıq diqqətsizlik edərək maşınını qarşıdakı digər avtomobilə vurub.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024