Xəzər Xəbər

Bu il yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

Cəmiyyət | 15:48 • 18 İyul 2019
Bu il yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət olaraq pensiyaların elektron qaydada təyinatına başlanıb. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 15,6 minədək şəxsə yaşa görə pensiya təyin olunub ki, həmin təyinatların 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib.

Bu barədə xezerxeber.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

E-qaydada pensiya təyinatı sisteminin ən mühüm üstünlüklərindən biri vətəndaşın yaşa görə pensiya hüququ yarandığı gün onun müraciəti olmadan, hər hansı sənəd təqdim etmədən, avtomatik qaydada pensiya təyinatı aparılması və bu barədə e-qaydada özünə məlumat göndərilməsidir. Bununla da sistem əvvəlki illərdə yaşa görə pensiya hüququ yaranan, lakin müraciət etmədiyi üçün həmin vaxtlarda pensiya təyinatı aparılmamış şəxslərin də cari ilin əvvəlindən pensiya hüquqlarının avtomatik reallaşdırılmasına imkan verib.

Nəticədə isə e-pensiya sistemi yaşa görə pensiya təyin olunanların sayının artmasına səbəb olub.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında yaşa görə əmək pensiyası təyinatlarının sayı 67,7 faiz artıb.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024