Xəzər Xəbər

Aliment borcunu ödəmədiyinə görə bu il 1020 nəfər həbs olunub

Cəmiyyət | 16:58 • 8 İyul 2019
Aliment borcunu ödəmədiyinə görə bu il 1020 nəfər həbs olunub

Bu ilin 6 ayı ərzində ölkədə aliment borcunu ödəmədiyi üçün həbs edilənlərin sayı açıqlanıb.


Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ilin ilk 6 ayı ərzində 1020 şəxs aliment borcunu ödəməkdən qəsdən yayındığına görə inzibati qaydada həbs edilib. Bundan əlavə həmin dövr ərzində 3198 şəxs barəsində alimentin tutulması ilə bağlı axtarış qərarı qəbul edilib.


Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə isə, 2018-ci il dekabrın 31-dək baxılan mülki məhkəmələrin sayı 184 047 olub ki, onun da 871-i alimentin alınması tələbləri ilə bağlıdır.


Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk dörd ayı ərzində əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,7 olub. Qeydiyyat şöbələri tərəfindən dörd ay ərzində 18273 nikah və 5562 boşanma halı qeydə alınıb.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024