Xəzər Xəbər

Bağçalarda monitorinqlər aparılacaq Uşaqların düzgün qidalanması ilə bağlı

Cəmiyyət | 14:30 • 27 İyun 2019
Bağçalarda monitorinqlər aparılacaq

Yay mövsümünün başlanması ilə əlaqədar bağçalarda uşaqların düzgün qidalanmasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinqlər aparmaq üçün tədbirlər planı hazırlanır.


Bu barədə Agentliyin mətbuat katibi Aysel Fərziyeva məlumat verib.


A.Fərziyeva bildirib ki, məktəbəqədər yaşlı uşaqların rasional və təhlükəsizlik qaydalarına uyğun qidalanması əhalinin və gələcək nəsillərin sağlamlığının təmin olunması üçün vacib şərtdir və strateji əhəmiyyət daşıyır: "Gələcək nəsillərin sağlam böyüməsi və uşaqların fiziki cəhətdən normal inkişafını təmin edən ən vacib komponent onların düzgün qidalanması ilə bağlıdır. Özündə gündəlik lazımi qida dəyərini ehtiva edən qida maddələrindən ibarət balanslaşdırılmış qida rasionu uşaq orqanizminin böyüməsi və normal inkişafını təmin edir. Düzgün qidalanma xüsusilə uşaqların immunitetinə müsbət təsir etməklə orqanizminin dözümlülüyünü artırır, onların psixoloji cəhətdən düzgün inkişafına əlverişli şərait yaradır. Odur ki, uşaq bağçalarının təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və uşaqların sağlam qidalanması çox böyük əhəmiyyət kəsb edir”.


Qurum rəsmisi onu da qeyd edib ki, əksər bağçalar istirahət və bayram günləri istisna olmaqla, uzadılmış iş rejimi, bir hissəsi isə sutkalıq fəaliyyət göstərdiyindən uşaqların vaxtının çoxu bu müəssisələrdə keçir: "Bütün bunları nəzərə alaraq, uşaqların düzgün qidalanmasına nəzarət məqsədilə bağçalarda monitorinqlər aparılması və bu sahədə təhlükəsizliyinin təmin olunması qarşımızda duran əsas məqsədlərdən biridir”.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024