Xəzər Xəbər

Kimlər infarkt ola bilər? Alimlərdən ŞOKA DÜŞƏCƏYİNİZ ARAŞDIRMA

Cəmiyyət | 12:16 • 5 İyun 2019
Kimlər infarkt ola bilər?

Alimlər müəyyən edib ki, səhər yeməyini buraxan və şam yeməyini yatmazdan əvvəl yeyən insanların infarkt olmaq riski yüksəkdir.

Ekspertlər səhər saatlarında qəbul edilən qidaların bədəni daha sürətlə yandırdığını və hormonları sağlam bir balansa gətirib çıxardığını deyib.

Odur ki, "Səhər yeməyini padşah, günorta yeməyini şahzadə, axşam yeməyini isə nökər kimi ye” məsəli öz elmi təsdiqini tapır. Bu, onu göstərir ki, səhər yaxşı qidalanan insanlar gün ərzində daha az acır.

Araşdırma Braziliyanın Sao Paulo Dövlət Universitetinin tədqiqatçıları tərəfindən infarkt keçirən 113 nəfər üzərində aparılıb. 57 faizi səhər yeməyini həftədə ən az üç dəfə buraxıb, 51 faizi həftədə üç dəfə gec şam edib, 41 faizi isə həm səhər yeməyini buraxıb, həm də gec şam edib.

Məlum olub ki, səhər yeməyini mütəmadi olaraq buraxan və yatmazdan bir-iki saat əvvəl yemək yeyənlərin infarktdan ölmək riski 4-5 dəfə daha yüksəkdir və ya ürək tutmaları yenidən baş verir.

Araşdırma rəhbəri həkim Markos Minikuççi "Qidalanma diaqnozu yaxşılaşdırmağın ən ucuz və sadə yoludur. Yaxşı səhər yeməyi süd və tam taxıl məhsullarından, həmçinin nə qədər qəribə olsa da, meyvələrdən ibarətdir. Səhər yeməyi gündəlik qida kalorinin 15-35 faizini təşkil etməlidir”, - deyə qeyd edib.

Alimlərinin sözlərinə görə, səhər yeməyini buraxan və gec şam edən insanların qeyri-sağlam və pis vərdişlərə sahib olma şansı yüksəkdir. Bundan başqa, onlarda fiziki fəaliyyətlər də aşağı səviyyədədir.

"Biz də inanırıq ki, iltihablı reaksiya, oksidativ stress və endotelial funksiya qeyri-sağlam qidalanma ilə bağlı ola bilər. Bu isə ürək-damar problemlərinə yol açır”.

İnfarkt nədir?

Tibbi olaraq miyokard infarktı kimi bilinən infarkt qan dövranın ürəyə verilməsi qəflətən bloklanması zamanı baş verir. Simptomlar sinədə ağrı, təngənəfəslik, zəiflik və narahatlıq hissi şəklində özünü göstərir. İnfarkt siqaret, yüksək təzyiq və diabet xəstəlikləri nəticəsində meydana gələ bilər. Riskləri azaldın, siqaret çəkməyin, mütəmadi olaraq məşq edin və alkoqolu orta səviyyədə için./publika.az

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024