Xəzər Xəbər

Kartof zəhərlənməsi - Bunlara DİQQƏT edin!

Cəmiyyət | 13:42 • 2 İyun 2019
Kartof zəhərlənməsi -

"Kartof tamamilə yaşıl rəngdədirsə, istehlak üçün yararsızdır. Kartofda yaşıl rəngin çoxluğu və cücərməsi sağlamlıq üçün təhlükə yaradır. Qabığı yaşıl olan kartofu yemək məsləhət deyil". Bunu Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Nuranə Həsənova açıqlayıb.


Kartof faydalı elementlərlə zəngin olduğunu vurğulayan N. Həsənova bunları bildirib: "Kartof gündəlik qidamızın ayrılmaz tərkib hissəsidir və yeməklərin böyük əksəriyyətinin hazırlanmasında istifadə edilir. Kartofun tərkibi insan orqanizmi üçün faydalı zülallar, vitaminlər, mineral duzlar, su, şəkər və nişasta ilə zəngindir. Bu tərəvəz faydalı elementlərlə zəngin olmaqla yanaşı, tez həzmə gedən qida məhsuludur. Bu səbəbdən xalq təbabətində bəzi xəstəliklərin müalicəsində kartofdan istifadə edilir. Kartofun qabığını soymamışdan əvvəl təmiz yumaq lazımdır. Çünki kartof torpaqla təmasda olan tərəvəzdir, pestisidlər və s. qabıq vasitəsilə qidaya yoluxa bilər.


Kartof günəş şüası düşən və rütubətli yerlərdə saxlanılmamalıdır.Günəş şüaları kartofun qabığını yaşıllaşdırır və tərkibində xlorofil artır. Bu isə solanin adlanan maddənin əmələ gəlməsinə səbəb olur ki, nəticədə kartof acı dadır.Kartofun yaşıl rəngli hissələrində solanin maddəsinin əmələ gəlməsi əvvəlcə qabıqda başlayır, daha sonra bütün hissələrinə yayılır.


Solanin zəhərlənməsindən necə qorunmaq olar?


Əgər kartof tamamilə yaşıl rəngdədirsə, istehlak üçün yararsızdır. Kartofda yaşıl rəngin çoxluğu və cücərməsi sağlamlıq üçün təhlükə yaradır. Qabığı yaşıl olan kartofu yemək məsləhət deyil. Əgər kartofun üzərində yaşıl nöqtələr kiçikdirsə və həmin hissələri bıçaqla kəsərək qoparmaq mümkündürsə, qida kimi qəbul etmək olar.


Kartofları solanin maddəsindən qorumaq üçün mütləq şəkildə qaranlıq və sərin yerlərdə saxlamaq lazımdır. (e-tibb.az)

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024