Xəzər Xəbər

İyun ayında 5 gün iş olmayacaq

Cəmiyyət | 10:44 • 22 May 2019
İyun ayında 5 gün iş olmayacaq

Bu il iyun ayında ölkədə 5 gün qeyri-iş günü olacaq.


"Qafqazinfo” xəbər verir ki, iyunun 5 və 6-sı Ramazan bayramı, 15-də Milli Qurtuluş Günü, 26-da isə Silahlı Qüvvələr Günü qeyd ediləcək.


Lakin Milli Qurtuluş Günü şənbə gününə təsadüf etdiyi üçün iyunun 17-si də iş olmayacaq.


Beləliklə, bazar günü də nəzərə alınarsa, ardıcıl olaraq iyunun 15,16, 17-si ölkədə qeyri-iş günüdür.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024