Xəzər Xəbər

Təzə alçaları uşaqlara vermək olarmı? HƏKİM MƏSLƏHƏTİ

Cəmiyyət | 16:16 • 20 May 2019
Təzə alçaları uşaqlara vermək olarmı?
Yay ayı gələr-gəlməz artıq bazar və marketlərdə alçaların satışı başlayır. Söhbət istixanalarda yetişdirilən alçalardan gedir.

Həkimlərin qənaətinə görə, istixanada yetişdirilən bu giləmeyvələr uşaqlar üçün son dərəcə ziyanlıdır.

Əgər uşaqda allergiya xəstəliyi varsa, bunun daha da təhlükəli olduğunu bildirirlər.

Mövzu ilə bağlı pediatr Sara Mansurova ilə əlaqə saxladıq.

Lent.az-a açıqlama verən S.Mansurova bildirdi ki, əsasən xaricdən gələn alçaları uşaqlara vermək məsləhət deyil.

"Başqa ölkələrdən gətirilən nəinki alçaları, eləcə də digər meyvə və tərəvəzləri uşaqlara vermək düzgün deyil. Fikir vermisinizsə, həmin məhsullar gec xarab olurlar. Sirr deyil ki, süni yolla yetişdirilmiş bu meyvə-tərəvəzlər xərçəng xəstəliyinə, sonsuzluğa və s. gətirib çıxarır.

Yerli alçalar ziyan deyil, amma az miqdarda olar. Ancaq daha yaxşı olar ki, təzə yetişmiş alça kiçik yaşda olan uşaqlara verilməsin. Alçada olan turşuluq mədədə turşuluğun miqdarını artırır, selikli qişanın eroziyasına, funksiyasının pozulmasına səbəb olur. Və uşaqlarda qusmaya, bağırsaq işləməsinə səbəb olur. Hətta alergik nəticələr verməsi də istisna deyil”.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024