Xəzər Xəbər

Həcc ziyarətinə getmək üçün 620 nəfər müraciət edib

Cəmiyyət | 14:30 • 30 Aprel 2019
Həcc ziyarətinə getmək üçün 620 nəfər müraciət edib

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 620 nəfər müraciət edib.


Bu haqda ONA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: "Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulub. Bu limit qurtaranda sənəd qəbulu da bitəcək".


Qeyd edək ki, bu il Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dollar təşkil edir.

Xəbər lenti