Xəzər Xəbər

İstədiyin qədər yeyib necə arıqlamaq olar… – Araşdırma

Cəmiyyət | 13:13 • 30 Aprel 2019
İstədiyin qədər yeyib necə arıqlamaq olar…

Meymunlar üzərində tədqiqat göstərir ki, çoxlu yeyərək də arıqlamaq mümkündür. Bu haqda Avstriyanın "Kurier” qəzeti araşdırma təqdim edib.

Heyvanlara Aralıq dənizi pəhrizi kömək olub. Daha çox kalori itirir, normal çəkini qoruyurdular.

ABŞ-dakı Ueyk Forest adına tibb məktəbi tədqiqatda makaka meymunlarından istifadə edib. Araşdırmanın nəticələri "Obesity” jurnalında verilib. 18 meymun Aralıq dənizi yeməkləri ilə qidalanırmış. Onlara çoxlu meyvə, tərəvəz, zeytun yağı, xırda fındıqlar, bir az balıq və yağsız süd məhsulları verilirmiş. Digər 18 meymun isə qərb qidası ilə kifayətlənirmiş. Yəni çoxlu zülal, yağ, heyvan mənşəli qidalarla. Hər iki qrupa istədiyi qədər yeməyə imkan verilib.

38 həftədən sonra nəticələr qeydə alınıb. Aralıq dənizi qidaları ilə bəslənən meymunlar daha arıq görünürmüş. Qanda lipidlərin miqdarı aşağı olub.

"Kurier” qəzeti Avstraliyada baş tutan başqa tədqiqatın nəticələrini də xüsusi vurğulayıb. Həmin tədqiqat stressin piylənməyə gətirib çıxardığını müəyyənləşdirib./Bizimyol.info

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024