Xəzər Xəbər

Həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb

Cəmiyyət | 12:54 • 8 Aprel 2019
Həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən xezerxeber.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən 19 il müddətinə azadlıqdan məhrum edilmiş və 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Babayev Eldar Fərhad oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı oğlu Tanrıverdiyev Ehtiyat Arif oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman "Turçinka” yağının içərisində xüsusi üsulla gizlədilmiş iki plastik qabın arasından daxilində danışıq kartı olan bir ədəd "İphone 4s” markalı mobil telefon aparatı və bir ədəd USB şunur aşkar edilərək götürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024