Xəzər Xəbər

Uşaqlarda ayaq ağrısı hansı xəstəliklərə işarədir? – Pediatr açıqlayır

Cəmiyyət | 14:47 • 17 Mart 2019
Uşaqlarda ayaq ağrısı hansı xəstəliklərə işarədir?

Azyaşlılarda ayaq ağrılarının olması valideynlərin tez-tez rastlaşdığı şikayətlərdəndir. Bu isə valideynləri çox narahat edir. Uşaqlarda ayaq ağrısı eşidən kimi valideynlərin çoxu bunu revmatizmlə əlaqələndirirlər. Halbuki, bu, heç də hər zaman revmatizmlə əlaqəli olmaya bilər. Bəs görəsən azyaşlılarda sıx rastlanan ayaq ağrılarının səbəbləri nədir?

XəzərXəbər  e-tibb.az-a istinadən bildirir ki, pediatr Aytən İsmayılzadənin dediyinə görə, uşaqlarda ayaq ağrısı müxtəlif xəstəliklərlə bağlı ola bilər. Ona görə də valideynlər bəzi məqamlara xüsusi diqqət etməlidirlər: "Məsələn, uşağın neçə yaşı var, ağrılar nə vaxt olur, neçə müddətdir davam edir? Fiziki aktivlikdən sonra baş verirmi, yanaşı hansı əlamətlər var? Əgər ağrı gecələr olursa və uşağı yuxudan oyadırsa, çox güman ki, böyümə ağrılarıdır. Böyümə ağrıları 3-4 yaşda başlayır, aylarla davam edə bilir. Əsasən, günortadan sonra, axşama doğru artmağa başlayır. Səhər yuxudan duranda heç bir əlamət qalmır. Böyümə ağrıları diz, topuq ətrafı, baldır nahiyəsində, əzələlərdə olur. 8-12 yaşda yenidən görülə bilir. Böyümə ağrıları uşağın həssaslığına bağlı olaraq baş ağrıları və qarın ağrıları ilə də müşayiət olunur".

Həkimin sözlərinə görə, ayaq ağrıları gəzintidən, qaçmaq, hoppanmaq kimi fiziki aktivliklərdən sonra olursa, burada əzələ-bağ aparatının zəifliyindən şübhələnmək olar: "Zəiflik deyəndə əzələ-bağ aparatı, qığırdaq, sümük toxumasının matriksini əmələ gətirən maddələrin azlığı nəzərdə tutulur. Bu isə yalnız kalsium demək deyil. Əsas kükürd birləşmələri - sulfatlaşmış aminoşəkər birləşmələri yetərincə olmadıqda bu toxumalarda bioproseslər fiziki aktivlik vaxtı yüklənmə hesabına ağrı baş verir. Belə olduqda rasionda zülallar, təbii məhsullar, torpaqda bitən və minerallarla eyni zamanda kükürdlə zəngin turp, brokoli, gül kələm, kələm, çuğundur, soğan, sarımsaq kimi qidalar üstün olmalıdır".

Uşaqda onurğa əyriliyi, kifoz, skolioz, yastıpəncəlik, əyripəncəlik varsa, bu zaman da ayaqda ağrılar qaçılmazdır. Həkim deyir ki, meteohəssas uşaqlarda yağışda, rütubət artanda, ayaqlara su dəyəndə, çimdikdən sonra da ağrılar olur. Bu isə revmatzm var demək deyil: "Revmatizm zamanı ayaqlar deyil, onun daxili zədələnir. Oynaqda qızartı, şişkinlik, ağrı, eyni zamanda hərarət olur".

Mütəxəssislər belə hallarda revmatizmdən şübhələnərək aparılan müayinələr, verilən analizlər barədə də danışıb. Onun sözlərinə görə, streptokokun törətdiyi revmatizm xəstəliyinin diaqnostikası üçün isə revmotristlər yetərli deyil, hər kəsin bildiyi ASO və CRP isə qeyri-spesifikdir. Yəni onlar sırf revmatizmi göstərmir. ASO - yəni streptokokun streptolizin fermentinə qarşı yaranan anticisimlər kariesli diş, angina səbəbindən də yüksələ bilir. Revmatizmi isə betta hemolitik streptokoklar törədir. Skarlatina xəstəliyi də streptokok tərəfindən törədildiyi üçün ASO skarlatina zamanı da arta bilər. CRP isə - C reactiv protein, C reaktiv zülal bütün iltihab hallarında yüksələn faktordur. Ona görə də valideynlərin uşaqda olan hər ayaq ağrısına görə revmotest verməməlidir".

A.İsmayılzadə qeyd edir ki, ayaqda ağrılar həm də şişkinlik, ödəm, qızartı, ümumi halın dəyişilməsi ilə müşahidə edilirsə, bu zaman da özbaşına revmotestlər verilməsində o qədər də fayda yoxdur: "Həkimə müraciət etmək lazımdır. Bu, ciddi revmatik xəstəliklərlə də bağlı ola bilər. Əgər ağrılarla yanaşı, oynaq ətrafında qansızmalar, göyərmələr varsa, bu zaman hematoloji, yəni qan probleminin olması mümkündür. Belə hallarda həkim müayinəsi və detallı analizlərin aparılması mütləqdir".

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024

Çox oxunanlar