Xəzər Xəbər

Hava limanlarındakı taksilərin sürücülərinə vahid geyim və ingilis dili tələbi qoyulub

Cəmiyyət | 10:39 • 10 Mart 2019
Hava limanlarındakı taksilərin sürücülərinə vahid geyim və ingilis dili tələbi qoyulub

Bakıda taksi minik avtomobillərinin sürücülərinə dair sərt tələblər qoyulub.


Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də əksini tapıb.


Beləliklə, Bakıda taksi minik avtomobilləri ilə sərnişin daşımalarına "B” və ya "BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla (icarə müqaviləsi, etibarnamə və s.) istifadəsində olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılacaqlar. Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobili ilə sərnişin daşımalarına taksi minik avtomobilində sürücü qismində ən azı 2 il təcrübəsi olan sürücülər buraxılacaqlar. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq, beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi minik avtomobillərinin sürücüləri isə hava limanlarında sərnişindaşımanın xüsusiyyətlərinə dair yenidən hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlığı və yenidən hazırlığı Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən olunan qaydada və dövrilikdə təşkil ediləcək və keçiriləcək.


Taksi minik avtomobillərinin sürücüləri reysqabağı tibbi müayinədən keçməli, idarə edəcəyi nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan keçdiyinə əmin olmalı, zəruri sənədləri əldə etdikdən sonra reysə çıxmalıdırlar. Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri vahid xüsusi geyim formasında olmalıdırlar. Digər taksi minik avtomobillərinin sürücüləri isə səliqəli geyimə malik olmalıdırlar. Taksi minik avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən hüquqi şəxslərin və ikidən artıq minik avtomobili olan fiziki şəxslərin öz sürücüləri üçün vahid geyim forması tətbiq edilə bilər.


Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri həm də ingilis dilində sadə ünsiyyət üçün təməl bilgilərə malik olmalıdırlar. (ONA)

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024