Xəzər Xəbər

Ağcabədidə yolu keçən qadın piyadanı avtomobil vurub öldürdü

Cəmiyyət | 15:20 • 5 Mart 2019
Ağcabədidə yolu keçən qadın piyadanı avtomobil vurub öldürdü

Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, martın 4-də saat 19 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində Ağdam rayon sakini C.Allahverdiyev idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini S.Əsədovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar