Xəzər Xəbər

ÜDM-də müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı 5,1 faizə çatıb

Cəmiyyət | 12:52 • 11 Fevral 2019
ÜDM-də müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı 5,1 faizə çatıb

Son 10 ildə ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı 3,2 faizdən 5,1 faizə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir.


Xezerxeber.az xəbər verir ki, bu fakt "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda fevralın 11-də Bakıda keçirilən konfransda səsləndirilib.


Qeyd edilib ki, ötən il Azərbaycanda müəlliflik hüququna əsaslanan sahələrdə istehsalın həcmi 3 milyard 549,1 milyon manat təşkil edib. Hesabat ilində müəllif hüququna əsaslanan kreativ sənayenin milli iqtisadiyyat sahələrinə dair faktiki statistik göstəriciləri və dövlət büdcəsi rəqəmləri təhlil edilib, müəllif hüququna əsaslanan milli iqtisadiyyat sahələrində istehsalın həcmi müəyyən olunub və bu sahələrin ölkə üzrə ümumi daxili məhsulda xüsusi çəkisi hesablanıb. Müəyyən edilib ki, ÜDM-də müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin payı getdikcə artmaqdadır.

Xəbər lenti