Xəzər Xəbər

“ASAN Viza” vasitəsilə 1 milyonuncu viza verilib

Cəmiyyət | 10:41 • 11 Fevral 2019
“ASAN Viza” vasitəsilə 1 milyonuncu viza verilib

Bir milyonuncu "ASAN Viza” sahibi Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb. Bu viza Fransa vətəndaşı Louis Henri Samoyaulta verilib.


"ASAN xidmət”dən xezerxeber.az-a bildirilib ki, bir milyonuncu vizanın sahibi kimi ona "ABAD” tərəfindən xüsusi hədiyyə və Şahdağ Turizm Mərkəzinin istirahət vauçeri təqdim olunub. Sonra o "ASAN xidmət” mərkəzi ilə tanış olub, mərkəzlərin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb. Həmçinin qonaq "ABAD” publik hüquqi şəxs, "ASAN Radio” ilə də tanış olub. Qonaq "ASAN Viza” vasitəsilə elektron viza alma prosesindən məmnunluğunu bildirib, "ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirib.


"ASAN Viza” sistemi "www.evisa.gov.az” elektron viza portalı və Azərbaycan ərazisində yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsinin təmin olunması istiqamətləri üzrə fəaliyyət göstərir.


Ümumilikdə "ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron viza verilməsi təmin edilir. "ASAN Viza”nın elektron viza portalı və hava limanlarındakı özünəxidmət terminalları 9 dildə fəaliyyət göstərir. Terminallar vasitəsilə orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin edilir. Özünəxidmət terminalları ilə yanaşı xüsusi pəncərələr vasitəsilə viza verilməsi və bank xidmətləri də həyata keçirilir.


Ötən il ölkə üzrə vizaların verilməsinin 80 faizi məhz "ASAN Viza” sistemi vasitəsilə təmin edilib.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024