Xəzər Xəbər

Yaşıllıqlar insanın ömrünü uzadır

Cəmiyyət | 15:57 • 22 Yanvar 2019
Yaşıllıqlar insanın ömrünü uzadır

ABŞ-dakı Dyuk Universitetinin və Çindəki Hersoq Kunşan Universitetinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, yaşıllıqlar insanın ömrünü uzada bilər.


AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, 14 il ərzində aparılmış müşahidələr yaşı 80 və daha çox olan 23.754 nəfər aid məlumatları əhatə edir. Tədqiqat iştirakçılarının 79,5 faizi kənd yerlərinin sakinləri olub.


Məlum olub ki, evdən 250 metr radiusda yaşıllıqların yüksək dərəcədə cəmləşdiyi regionlarda yaşayan ahıl adamlar arasında ölüm göstəricisi yaşıllıqların ən az olduğu zonalarda yaşayanlarla müqayisədə 27 faiz aşağıdır.


Barselonada 253 məktəblinin iştirakı ilə aparılmış tədqiqat göstərib ki, yaşıllıqlar uşağın beyninin inkişafına kömək edir. Yaşıllıqlar sayəsində uşaqların diqqəti və işçi yaddaşı da yaxşılaşır.


İbtidai məktəb şagirdlərinin maqnit-rezonans tomoqrafiyası, habelə onların diqqətinin və işçi yaddaşının kompüter vasitəsilə testləşdirilməsi nəticəsində müəyyən edilib ki, yaşıllıqların əhatəsində yerləşən evlərdə yaşayan uşaqların beynində ağ və boz maddənin daha çox olması sayəsində bu uşaqların işçi yaddaşı yaxşılaşır, diqqətsizlik səviyyəsi azalır.


Mütəxəssislərin sözlərinə görə, yaşıllıqlar insanın psixikasına da müsbət təsir göstərir. Yaşıllıqların bol olduğu rayonlarda havanın çirklənmə səviyyəsinin və səs-küyün başqa yerlərlə müqayisədə aşağı olması uşaqların beyninə müsbət təsir göstərir, kreativliyin və tədqiqat fəaliyyətinin inkişafına stimul yaradır.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024