Xəzər Xəbər

Güzəştli mənzillərin sahibləri evlərinə köçməyə başlayıb

Cəmiyyət | 13:31 • 11 Yanvar 2019
Güzəştli mənzillərin sahibləri evlərinə köçməyə başlayıb

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamalda inşa etdiyi Yaşayış Kompleksinin sakinləri evlərinə köçməyə başlayıblar. Kompleks ərazisində onların rahatlığı üçün hər cür şərait yaradılıb.


AZƏRTAC xəbər verir ki, tam təmirli vəziyyətdə müştərilərə təqdim edilən mənzillərdə hətta mətbəx mebeli quraşdırılıb.


Kompleks ərazisində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Burada uşaq bağçası, məktəb, stadion tikilıb. Balacaların asudə vaxtının səmərəli təşkili məsələsi də diqqətdən kənarda qalmayıb.


Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinin təməli 2016-cı ilin dekabrında qoyulub. Ərazidə 29 yaşayış binası inşa olunub. Kompleksin baş planı üzrə 5 binada ötən ilin sentyabrında "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə 324 mənzil satışa çıxarılıb ki, bunlardan da 278-nin alqı-satqısı artıq başa çatıb. Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksindəki növbəti mənzillərin satışına başlanılacaq.


Mənzil seçimi günü vətəndaşlar fərdi elektron kabinetlərinə daxil olaraq "Erkən gələnə erkən xidmət" əsasında mənzillərini seçə biləcəklər. Yenilik olaraq bu dəfə agentlik güzəştli mənzil almaq istəyənlər üçün sınaq satışı da təşkil edəcək. Belə ki, yanvarın 12-də yarım saat ərzində - saat 15:00-dan 15:30-dək vətəndaşlar elektron imza və "ASAN İmza"dan istifadə bacarıqlarını yoxlamaq üçün mənzillərin sınaq seçimində iştirak edə bilərlər.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024