Xəzər Xəbər

Təhsil Nazirliyi dövlət qulluğu üzrə müsahibəyə 162 vakant vəzifə çıxarıb

Cəmiyyət | 09:53 • 6 Yanvar 2019
Təhsil Nazirliyi dövlət qulluğu üzrə müsahibəyə 162 vakant vəzifə çıxarıb

Təhsil Nazirliyi dövlət qulluğu üzrə müsahibəyə 162 vakant vəzifə çıxarıb. Onlardan 22-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 140-ı B növünə (inzibati icraçı) aiddir.

Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, yanvarın 5-nə olan məlumata görə, Təhsil Nazirliyinin təqdim etdiyi vakant vəzifələrlə bağlı dövlət qulluğunun A növü üzrə 1 nəfər, B növü üzrə 38 nəfər müraciət edib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi yanvarın 4-də ümumilikdə 14 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (296 vəzifə) növünə aid olan 322 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Dövlət orqanları arasında müsahibəyə ən çox vakant vəzifə çıxaran Təhsil Nazirliyidir.

Müsahibədə iştirak etmək üçün qeydiyyat fevralın 4-dək aparılacaq. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları DİM-in internet portalında yerləşdirilib. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər fevralın 4-dək saat 18:00-a qədər "Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti