Xəzər Xəbər

Ana 7 uşağı ilə birgə dəm qazından zəhərləndi

Cəmiyyət | 09:27 • 6 Yanvar 2019
Ana 7 uşağı ilə birgə dəm qazından zəhərləndi

Abşeron rayonunun Goradil qəsəbəsində ana və 7 uşağı dəm qazından zəhərlənib. 


Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov virtualaz.org-a faktı təsdiqləyib.


P.Abubəkirovun sözlərinə görə, 41 yaşlı Elnarə Aslanova və onun 7 uşağı Respublika Toksikalogiya Mərkəzinə yerləşdirilib. Zəhərlənən uşaqların kiçiyinin 3, böyüyünün 13 yaşı var. Qadın 10 uşaq anasıdır. Digər 3 uşaqda zəhərlənmə əlamətləri müşahidə edilməyib. "Ana və uşaqları özlərini pis hiss ediblər, təcili yardım çağırılıb, onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub",- P.Abubəkirov söyləyib.

Xəbər lenti

Çox oxunanlar