Xəzər Xəbər

Bu il bölgələrdə 5 “ASAN xidmət” istifadəyə veriləcək

Cəmiyyət | 19:05 • 4 Yanvar 2019
Bu il bölgələrdə 5 “ASAN xidmət” istifadəyə veriləcək

Bu il Azərbaycanda daha 5 "ASAN xidmət" mərkəzi əhalinin istifadəsinə veriləcək.


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, il ərzində Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakən rayonlarında "ASAN xidmət" mərkəzləri açılacaq.


Bununla da "ASAN xidmət" mərkəzlərinin sayı 20-ə çatmış olacaq. "ASAN xidmət" mərkəzləri olmayan bölgələrdə səyyar "ASAN xidmət" fəaliyyət göstərir.

Xəbər lenti

Çox oxunanlar