Xəzər Xəbər

Bayrama qədər Bakıya qar yağacaq? Umayra Tağıyeva AÇIQLADI

Cəmiyyət | 17:53 • 20 Dekabr 2018
Bayrama qədər Bakıya qar yağacaq?

Hazırda paytaxtda müşahidə edilən intensiv yağış sabahdan kəsiləcək. 

Bu sözləri XəzərXəbər-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, yaxın günlərdə paytaxtda yağmursuz hava müşahidə ediləcək: "Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Əksər rayonlarda, eləcə də Abşeron yarımadasında da intensiv yağış qeydə alınır. Belə hava şəraiti respublika ərazisində gecə və səhər saatlarında müşahidə ediləcək. Paytaxtda isə sabah səhər saatlarında yağışın intensivliyi azalacaq, ikinci yarısında isə tədricən kəsiləcək.

Ondan sonrakı 2-3 gün ərzində paytaxtda yağıntı ehtimal azdır. İlkin proqnozlara görə dekabrın 28-nə kimi, həmin gün də daxil olmaqla qarlı proses müşahidə edilməyəcək. Havanın temperaturu dekabr ayı üçün iqlim normasında tərəddüd edəcək, maksimal temperatur 5-10 dərəcə intervalda dəyişəcək. Yəni, yaxın bir həftə ərzində Bakıda və Abşeron yarımadasında qarın müşahidə edilməsi üçün sinoptik şərait yoxdur". U.Tağıyeva daha uzun müddət üçün proqnoz verməyin düzgün olmadığını bildirib.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024