Xəzər Xəbər

Şaxta baba və Qar qız olmaq istəyənlər 60 manat ödəməlidir

Cəmiyyət | 10:47 • 19 Dekabr 2018
Şaxta baba və Qar qız olmaq istəyənlər 60 manat ödəməlidir

Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə fəaliyyət göstərəcək Şaxta baba və Qar qız cütlüyünün sifariş qiyməti müəyyənləşib.



Bu barədə Modern.az-a Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib.



Məlumatda bildirilib ki, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün qiymətlər keçən ildəkindən fərqlənmir: "Şaxta baba və Qar qız icazəsi almaq üçün rüsum 60 manatdır. Bu rüsumu ödəyən cütlük Bakıda fəaliyyət göstərə bilər. 2017-ci ildə də həmin qiymət idi, dəyişiklik yoxdur".



Qeyd olunub ki, hələlik Şaxta baba və Qar qız olmaq üçün quruma müraciət olunmayıb: "Şaxta baba və Qar qız cütlüklərinin fəaliyyətinə dekabrın 25-dən icazə veriləcək. Cütlük 2019-cu il yanvarın 15-dək fəaliyyət göstərəcək".



Rəsmi məlumata görə, bayram günlərində şəhərdə ümumilikdə 36 yolka qurulacaq:



"Bundan başqa bulvar və İçərişəhərdə də yolka qurulur. Ən böyük yolka isə Azadlıq meydanında qurulur. Rəsmi məlumata görə, yolkalar şəhər və rayon İcra Hakimiyyətləri tərəfindən qurulur”.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024