Xəzər Xəbər

DİM-dən buraxılış siniflərində təhsil alan şagirdlərə XARİCİ DİL XƏBƏRDARLIĞI

Cəmiyyət | 11:51 • 27 Noyabr 2018
DİM-dən buraxılış siniflərində təhsil alan şagirdlərə

Dövlət İmtahan Mərkəzi ümumi təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərə xəbərdarlıq edib.

DİM-dən XəzərXəbər-ə  verilən məlumata görə, xəbərdarlıq iki xarici dil tədris olunan məktəblilərlə əlaqədardır.

Belə ki, məktəbdə şagirdlərə iki xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan (bundan sonra əsas) xarici dil fənnindən imtahan verəcəklər. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınacaq.

Lakin I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən XI sinfi cari ildə bitirən abituriyentlər məktəbdə tədris olunan ikinci xarici dil (və ya məktəbdə tədris olunmayan başqa bir xarici dil) fənnindən əlavə imtahan vermək və qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı ikinci xarici dil fənni üzrə imtahandan topladıqları balın nəzərə alınmasını istəyərlərsə, həmin abituriyentlərə ikinci xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq.

Belə olduğu halda, həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılacaq, ikinci xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınacaq.

V qrup üzrə ali təhsil müəssisələrinin, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsi zamanı isə abituriyentlərin (cari ilin məzunları) buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal nəzərə alınacaq.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024