Xəzər Xəbər

BNA əhalini sosial şəbəkələrdə fəal olmağa çağırıb

Cəmiyyət | 14:35 • 16 Noyabr 2018
BNA əhalini sosial şəbəkələrdə fəal olmağa çağırıb

Əhaliyə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun nəqliyyat xidmətlərinin göstərilməsi Bakı Nəqliyyat Agentliyinin (BNA) əsas prioritetlərindəndir. İstər yol hərəkətinin təşkili, istərsə də müntəzəm sərnişindaşıma istiqamətində atılan bütün addımlarda vətəndaşa xidmət əsas prinsip olaraq müəyyənləşdirilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin "facebook" sosial şəbəkəsindəki müraciətində bildirilib.


"Qarşıya qoyulan hədəfə nail olunması yolunda ən böyük dəstəkçimiz də elə vətəndaşlar, xüsusilə ictimai fəal insanlar, media nümayəndələri olub. Bəzən piyada, sərnişin, sürücü kimi nəqliyyat xidmətlərindən istifadə edən media nümayəndələri və fəal sosial şəbəkə istifadəçiləri rastlaşdığı çatışmazlıqları vaxtında, eyni zamanda, obyektiv işıqlandırır ki, bu da problemin vaxtında aşkar edilərək aradan qaldırılması baxımından əhəmiyyətlidir. Məhz müxtəlif KİV-də və sosial şəbəkələrdə ictimailəşdirilən məlumatlar əsasında müxtəlif yollarda nəqliyyat şəraiti yaxşılaşdırılır, yeni dayanacaq məntəqələri, uyğun olan yerlərdə piyada keçidləri təşkil edilir, marşrut xətləri üzrə avtobusların hərəkət sxemi dəyişdirilir. Bütün bunlar isə, öz növbəsində, paytaxtın nəqliyyat sisteminin inkişafı və təkmilləşməsi baxımından vacib amildir. İctimai nəzarətin vacibliyini və ümumi inkişafa müsbət təsirini nəzərə alaraq KİV nümayəndələrini, eyni zamanda, sosial şəbəkə istifadəçilərini daha fəal olmağa dəvət edirik”, - deyə BNA-nın müraciətində deyilir.

Xəbər lenti

Çox oxunanlar